İpoteka krediti ilə ev almaq asanlaşır - VİDEO
Məlumdur ki, mənzilə sahib olmaq istəyənlərin bir qismi ipoteka krediti əldə edir. O da sirr deyil ki, ipoteka kreditlərinin alınması elə də asan deyil. Amma avqustun 1-dən etibarən vətəndaşın ipoteka krediti almaq imkanları daha da asanlaşır. Belə ki, banklara artıq elektron yolla da müraciət etmək mümkün olacaq.
BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, ipoteka kreditlərinin alınması sadələşir. Kredit almaq üçün banklara elektron yolla müraciət ediləcək. Bu, elektron ipoteka sisteminin elektron hökumət portalına inteqrasiyası hesabına mümkün olacaq.
İstər adi, istərsə də sosial ipoteka kreditini bu yolla əldə etmək mümkün olacaq. Elektron portala daxil olmaqla istənilən məbləği, istənilən bankı seçməklə müraciətini reallaşdırmış olacaq. Elektron müraciət ilk növbədə prosedurların dəfələrlə sadələşməsinə səbəb olacaq.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, elekrton müraciət həm də şəffaflığı təmin edəcək. Müraciətlər avqust ayının 1-də başlayacaq.Banklara əvvəlki qaydada, yəni kağız daşıyıcıda müraciətin mümkünlüyü hələ dəqiq məlum deyil.
BAKU.WS
Oxşar xəbərlər
İpoteka ilə ev almaq istəyənlərə — ŞAD XƏBƏR
Bir müddət idi ki, ipoteka kreditlərinin verilməsi dayandırılmışdı. Artıq banklar tərəfindən verilən kreditlər bərpa edilib. Vətəndaşlar adi və sosial ipoteka k...