Peyvəndlər sonradan xərçəngə səbəb olur? – Onkoloqdan açıqlama

Pandemiya dövründə insanlara tətbiq olunan bəzi peyvəndlər orqanizmin immun sisteminə ciddi təsir göstərib.
Bu barədə BAKU.WS-ə danışan onkoloq İbrahim Əsədli bildirib ki, həmin peyvəndlər insan immunitetinin ahəngini pozaraq, onu zəiflədib.
Mütəxəssisin sözlərinə görə, bu zəifləmə nəticəsində xərçəng xəstəliyi bir çox insanda qəfil şəkildə meydana çıxır:
"Xəstəlik formasını dəyişməyib. Sadəcə, insan orqanizminin reaksiyası təhrif olunub. Xərçəng zahirdən gələn bir xəstəlik deyil, daxildən yaranır".
Onkoloq bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox rast gəlinən xərçəng növləri ağciyər, süd vəzi və mədə-bağırsaq xərçəngidir:
"Qadınlarda daha çox süd vəzi, kişilərdə isə ağciyər xərçəngi üstünlük təşkil edir".
İbrahim Əsədli əlavə edib ki, əvvəllər xərçəng əsasən 60-80 yaş aralığında müşahidə olunurdusa, son 30 ildə xəstəliyin yaşı əhəmiyyətli dərəcədə cavanlaşıb: "Bu gün 15, 20, 30, 40 yaşlı şəxslərdə, hətta 1 yaşlı uşaqlarda belə xərçəngə rast gəlinir".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Ev işləri görməyin psixologiyaya müsbət və mənfi təsirləri
Ev işləri görmək həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu işi görmək insan psixologiyasına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bu təsir müxtəlif fa...
