Pensiyalar nə qədər artdı? - Hesablama qaydası

Pensiyalar nə qədər artdı? - Hesablama qaydası
Sosial 7515
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, əhalinin 2017-ci il üzrə gəlirlərinin nə qədər artdığı ilə bağlı yekun rəqəmlər açıqlanmadığı üçün pensiyaların nə qədər artdığı hələlik dəqiq bilinmir.İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, artımın 6,5- 7 faiz civarında olacağı gözlənilir:"Bu vaxta qədər təqaüdlərin baza hissəsi indeksləşdirilirdi. Yəni, ölkədə yanvarın 1-nə qədər hansı inflyasiya səviyyəsi olurdusa, baza hissəsi də o qədər indeksləşdirilirdi.Keçən ilin sonunda bu qaydalar dəyişdirildi. Artıq təqaüdlərin sadəcə baza hissəsinin yox, tamamının artırılması ilə bağlı qərar verildi. Yəni əhalinin nominal gəliri hansı səviyyədə olacaqsa, o qədər indeksləşəcək”.N.Cəfərli qeyd edib ki, ötən ilin 11 ayına görə, əhalinin gəlirləri 6,5 faiz artıb. Doğrudur, hələ yekun rəqəm açıqlanmayıb, amma bunun 6,5- 7 faiz civarında olacağı gözlənilir:"Obrazlı desək, 150 manat təqaüd alan şəxsin pensiyasına təqribən 10,50 manat artım gözlənilir. Yəni kim nə qədər pensiya alırsa, həmin rəqəm əhalinin gəlirlərinin faizinə (6,5- 7 faiz olacağı gözlənilir) vurulacaq”. (Qafqazinfo)BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda əmək pensiyaları artırıldı - SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları artırıldı - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda...

5911 Sosial 18:48 09 fevral 2018

Son xəbərlər