Pensiya alanlara ŞAD XƏBƏR - Bayrama görə...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramla əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib.
Bu barədə BAKU.WS-ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Habelə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin mart ayı üzrə pensiyaları da bu ay qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədərki dövrdə ödəniləcək.
Oxşar xəbərlər
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. BAKU.WS ATV-yə istinadən xəbər verir...