Paytaxtın bu ünvanlarında yeraltı və yerüstü piyada keçidləri SÖKÜLMƏLİDİR

Bakının mərkəzində yeraltı və yerüstü piyada keçidləri artıq praktik deyil və piyadalar üçün çətinlik yaradır. Bu səbəbdən onların eyni səviyyəli zebra zolaqları ilə əvəzlənməsi və səkilərin abadlaşdırılması daha məqsədəuyğundur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə şəhərin mərkəzindəki yeraltı piyada keçidləri və onların effektivliyi ilə bağlı açıqlama verib. Ekspert hesab edir ki, müxtəlif səviyyəli yeraltı və yürüstü keçidlər artıq funksional deyil və piyadalar üçün təhlükə yaradır.
"Şəhərin mərkəzində nə qədər yeraltı və yerüstü piyada keçid varsa, onlar hamısı eyni səviyyəli yerüstü zebra zolaqları ilə əvəz olunmalıdır. Köhnə yeraltı keçidlər qalsa belə, onların təyinatı ticarətə, veloparkinqə istifadəyə verilə bilər. Füzuli küçəsi, Bülbül, Neftçilər, Tbilisi prospektində olan yeraltı keçidlər eyni səviyyəli piyada zolaqlarla əvəz olunmalıdır. Bu da şəhər ətrafı əraziləri əhatə edir. Məsələn Böyükşor-Pirşağı yolunu buna misal göstərmək olar. Bu yolda yeni müxtəlif səviyyəli piyada keçidləri tikilir, hansı ki əlil arabası, velosipdlə keçiddə rahat hərəkət etmək olacaq. Ancaq bu keçidlərə gedən səkilər də mütləq şəkildə abadlaşdırılmalıdır.
Mərkəzdə yeraltı keçidlərin olması piyadalara çətinlik yaradır. Praktika onu göstərir ki, müxtəlif səviyyəli piyada keçidlər əlverişli deyil, burada olan qurğular tez-tez xarab olur. Bu da insanların daha qısa yolla hərəkət edib həyatlarını təhlükəyə atmasına gətirib çıxarır. Piyada qəzaları məhz həmin keçidlərin yanında baş verir. Həll yolu isə eyni səviyyəli piyada zolaqlarıdır. Bu həm asan, həm praktik, həm də ucuz başa gələn həll yoludur. Şəhərin mərkəzində yeraltı piyada keçidinə nə gərək var? Arxitektura komitəsindən Heydər Əliyev sarayına gedən istiqamətdə, Mərkəzi Bankın yanında işıqfor var, ancaq yeraltı keçid tikilib. Və keçid parka çıxır. Nə üçün parka getmək üçün yeraltı keçiddən istifadə etməlidir? Halbuki işıqfor var. Yalnız sürətli yollarda müxtəlif səviyyəli piyada keçidlər tikilməlidir".
Ekspert qeyd edib ki, eyni səviyyəli piyada keçidlərin də iki yerə bölünür: nizamlanan və nizamlanmayan. Nizamlanan piyada keçidi 2 cürdür: Düyməli və adi işıqforla işıqforla nizamlanan piyada zolaqları. Düyməli olan işıqforlardan piyada özü düymə vasitəsilə qarşı tərəfə təhlükəsiz və rahat şəkildə keçə bilir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Birinci sinfə gedəcək uşaqların VALİDENLƏRİNİN NƏZƏRİNƏ! Necə adaptasiya ola bilərlər?
Yeni dərs ilinin başlaması ilə birinci sinfə gedən uşaqlar üçün adaptasiya prosesi gündəmə gəlir. Bu mərhələ yalnız uşaqlar üçün deyil, həm də valideynlər və mü...
