Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı QAYDALARI
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı qaydaları müəyyənləşib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir:
• Onlayn satışlara üstünlük verilməlidir;
• Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;
• Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;
• Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilətəmin olunmalıdır;
• Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;
• Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir;
• İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.
Oxşar xəbərlər
Bərbərxana və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib
Pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib. BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş D...