Paytaxtda 20 istiqamətdə sıxlıq var
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
15. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
18. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
19. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Kür qəsəbəsi, Səməd Vurğun, Yeniabad və Qapanlı kəndlərinin qaz təminatı dayandırılacaq. BAKU.WS xəbər verir ki,...