Azərbaycanda internetin qiyməti artacaq? - AÇIQLAMA

Azərbaycanda internetin qiyməti artacaq? - AÇIQLAMA
Sosial 915

Azərbaycanda internetin sürəti və qiymətində dəyişiklik olacağı gözlənilir.

“Aztelekom” şirkətindən BAKU.WS-ə verilən məlumata görə, abunəçilərin genişzolaqlı internetə artan tələbatı nəzərə alınaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər ediləcək.

Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Oxşar xəbərlər

Son xəbərlər