"İnstagram"da bu funksiya ləğv edilir
Yeniliklərdən dərhal xəbərdar olun
"Meta" "İnstagram"da "Live Shopping" (Canlı alış-veriş) xidmətinin bağlanacağını elan edib.
BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.
Belə ki, bu funskiya brendlərə blogerlərin canlı yayımlarında məhsullarına link qoymağa imkan verirdi.
Məlumata görə, "Live Shopping" funksiyası 2020-ci ildə pandemiya zamanı sosial şəbəkəyə əlavə edilib. Canlı yayımlar zamanı bloqçuların nümayiş etdirdiyi məhsullara keçidlər və "Səbətə əlavə et" işarəsi artırılıb.
Lakin 16 mart 2023-cü il tarixindən etibarən "İnstagram" istifadəçiləri canlı yayım zamanı məhsulları etiketləyə bilməyəcəklər.
Qeyd olunur ki, bundan əvvəl "Meta" "Facebook"da oxşar xidmətdən imtina edib.
"TechCrunch"un məlumatına görə isə, "Live Shopping"in bağlanmasına səbəb onun məyusedici preformansı olub.
"Meta" onlayn satışları öz sosial şəbəkələrinə Çin bazarına göz ataraq inteqrasiya etmək qərarına gəlib.
Lakin pandemiyadan sonra məlum olub ki, amerikalılar onlayn alış-verişə meyilli deyillər. Statistikaya görə, ABŞ-da onlayn alışların yalnız 5%-i "Live Shopping" kimi funksiyalar sayəsində həyata keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...