Bakı Şopinq Festivalında inanılmaz kampaniyalar - 82% ENDİRİM (SİYAHI)

Bakı Şopinq Festivalında inanılmaz kampaniyalar - 82% ENDİRİM (SİYAHI)
Sosial 21168

 

Aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək ilk Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarının sevdiyi mağazaları özündə birləşdirir. Alıcıların həvəslə alış-veriş etdiyi tanınmış brend mağazalarında böyük endirimlərlə alış-veriş edə biləcək. 

BAKU.WS-in məlumatına görə, NOVCO şirkətlər qrupu Baku Şopinq Festivalına qoşulub. Beləliklə, şirkətə daxil olan 50-dək mağaza Festivalda iştirak edir. Şəhərimizə gələn turistlər və yerli sakinlər NOVCO şirkətlər qrupuna daxil olan United Colors of Benetton, Sisley,  Hackett, Six, Accessorize, Monnalisa, Adidas, Coast, Liu Jo, Bebe, Pablosky, Coccinele, ADL, Monsoon, BCBGMAXAZRIA, Tara Jarmon, Pylones, Pylones, OVS, Juicy couture, , Tommy,  İ am,  Benetton, Pimkie, ADL, Lacoste, I am Bravo, mağazalarında bütün yeni kolleksiyaya 10% ENDİRİM, seçilmiş məhsullara isə 30% ENDİRİM alıcılara təqdim olunur. Üstəlik 100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin ƏDV-ni geri ala bilər. 

Bundan əlavə, NOVCO şirkətlər qrupuna daxil olan Second Cup və Bagel Bar kafeləri də Baku Şoppinq Festivala qoşulub. Müştərilər burada da  100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin ƏDV-ni geri ala biləcəklər.

"İdeal” mağazalar şəbəkəsi də aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçirilən ilk Bakı Şopinq Festivalına qoşulub. "İdeal”-ın paytaxtımızda fəaliyyət göstərən 15 mağazası Festival dövründə Bakı sakinləri və şəhərimizin qonaqlarına "İdeal” və "MAC” mağazalarında əlverişli alış-veriş etmək fürsətini təqdim edir. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirimlər bu yaz günlərini daha da qızmar edəcək. Belə ki, bütün alıcılar "İdeal” mağazalarında seçilmiş mallara 70 faizədək endirimlər, eləcə də ƏDV-ni geri almaq imkanı qazanacaqlar. Güzəşt və endirimlər mayın 10-dək güvvədə olacaq. 

"Christian Dior”un Neftçilər prospektində yerləşən eyniadlı mağazası Bakı Şopinq Festivalına qoşulub. Alıcılar üçün seçilmiş mallara 30%-dək endirim təklif edilir. 

"Best Comp Group” da öz endirimləri ilə Bakı Şopinq Festivalına qoşulub. "Best Comp Group”un Bakının mərkəzində ayrı-ayrı ünvanlarda yerləşən mağazaları Bakı Şopinq Festivalının iştirakçı statusu alıblar. Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Səməd Vurğun, 28 may, Fizuli, Atatürk küçələrində yerləşən "Bestel” və "Everbest” mağazalarında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər.

Bakı Şopinq Festivalına qoşulan "Marvel Group”un "Megamax” mağazasında endirimlər başlayıb. Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Metropark AVM-də yerləşən həmin mağazada daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər. "Megamax”da alıcıları böyük endirimlər və güzəştlər gözləyir. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan "Megamax” mağazasından seçilmiş mallara 30%-a qədər endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

"Mozaik Qrup” şirkəti Şopinq Festivalına qoşularaq Azərbaycan vətəndaşları və şəhərimizin qonaqlarına mayın 10-dək Port Baku, Gənclik Mall və Park Bulvarda yerləşən "Karen Millen”, OASIS, "French Connection”, LKBennett mağazalarında seçilmiş mallara 30%-dək endirim təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

"Armani Junior” mağazası Bakı Şopinq Festivalına qoşulub. "Armani Junior”da seçilmiş malların qiymətləri 30%-a qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan "Armani Junior” mağazasından alınan mallara görə ƏDV-ni geri almaq da mümkün olacaq.

"Soliton” mağazalar şəbəkəsi də Bakı Şopinq Festvalına qoşulub. "Soliton”un paytaxtımızda fəaliyyət göstərən 6 mağazası Bakı Şopinq Festivalının iştirakçı statusu alaraq Azərbaycan vətəndaşlarına və şəhərimizin qonaqlarına aprelin 10-dan mayın 10-dək məşhur "Soliton” mağazalarında böyük güzəştlər təqdim edir. Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan "Soliton”da mayın 10-dək bütün alınan mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Alıcıları "Arçelik” mağazalarında böyük sürprizlər və 30%-dan başlayan endirilmər gözləyir! Çünki Bakının ayrı-ayrı ünvanlarında yerləşən həmin mağazalar Bakı Şopinq Festivalının iştirakçısıdırlar. Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Sarayevo, A. M. Şərifzadə, Təbriz küçələrində və Babək prospektində yerləşən "Arçelik” mağazalarında rahatlıqla alış-veriş edə bilərlər. Həmçinin, şəhərmizin Neftçilər prospektində və Ə.Əliyev küçəsində yerləşən "Amazon” mağazalarında da alıcıları böyük endirimlər və güzəştlər gözləyir.

Bakının Lev Tolstoy küçəsi, 191 və Azadlıq prospekti, 163 ünvanlarında yerləşən "Barutti” mağazalarının alıcıları da artıq Festival fürsətlərindən faydalana bilərlər. Turistlər və Azərbaycan vətəndaşları festival müddətində "Barutti” brend mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan "Barutti” mağazasında seçilmiş malların qiyməti 30%-a qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.

Neftçilər prospektində Port Baku Mall ticarət mərkəzində yerləşən "Knock İnteriors” mayın 10-nadək endirimlər təklif edəcək. Bakılılar və şəhərimizin qonaqları "Knock İnteriors” mağazasında daha sərfəli qiymətlərlə alış-veriş edə biləcəklər.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək ilk Bakı Şopinq Festivalında Albatros, Alexander McQueen, Bally, Balenciaga, Burberry, Burberry kids, Chloe, Corneliani, Dsquared, Dolce & Gabbana, Dolce & Gabbana Junior, Diesel, Diane Von Furstenberg, Emilio Pucci, Emporium man, Emporium Young, Emporio-Armani, Emporio Armani, Ermenegildo Zegna, Escada, Etro, Fendi, Giorgio Armani, Givenchy, Guess Guess by Marciano, Gucci, Gucci Kids, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Lanvin, Pal Zileri, Ralph Lauren, Roberto Cavalli, Marina Rinaldi, Marni, Max&Co, Max&Co 2, Weekend Max Mara, Salvatore Ferragamo, Stella McCartney, St. John, Scoop, Tory Burch, BISQUE, Valentino, Red Valentino, TODS, Celio, Mango, Next, Soliton, Ideal, MAC, VIP Avia, Carlo, Pazolini, La Perla, Knock Knock Interiors və CHELEBI mağazaları iştirak edir. 

Adları sadalanan  mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində iştirakçı mağazalarda alıcıları inanılmaz endirimlər gözləyir. Bundan başqa, alıcılar "Baku Shopping Festival – Tax Free” stikerini gördükləri həmin mağazalarda Bakı Şopinq Festivalı zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/  linkində tanış olmaq olar. Həmin mağazalar bir ay boyunca müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! 

BAKU.WS

Son xəbərlər