NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlə
Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov BAKU.WS-ə bildirib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək.
Oxşar xəbərlər
Uşaq meydançasında təhlükəli çökmə
Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində uşaq meydançasında təhlükəli çökmə baş verib. Bu səbəbdən sakinlər narahatlıqlarını bildiriblər. BAKU.WS "Xəzər"...