Dünya bazarında "Brent" və "WTI" neftinin qiyməti bahalaşdı
20
okt
2026
09:05
Dünya əmtəə birjalarında neftin qiymətində artım qeydə alınıb. Həm "Brent", həm də "WTI" markalı neftin fyuçers müqavilələri üzrə qiymətləri bahalaşıb.
BAKU.WS xəbər verir ki, "ICE London" qitələrarası birjasında "Brent" markalı neftin 2026-cı ilin dekabr ayı üzrə fyuçerslərinin qiyməti 0,24% artaraq bir barel üçün 109,81 ABŞ dollarına çatıb.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə 2026-cı ilin noyabr ayında tədarük ediləcək "WTI" markalı neftin bir barelinin qiyməti 0,27% yüksələrək 103,94 ABŞ dolları olub.
Oxşar xəbərlər
ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb?
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABŞ-ın dövlət istiqrazlarına investisiyalarının dəyəri bu il yanvarın 1-nə 4 milyard 846 milyon 758 min manat təşkil edi...