Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər

Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər
İqtisadiyyat 15

"İran tərəfi Rusiya ilə Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün torpaqların satın alındığını təsdiqləyib, Moskva isə Tehrandan bununla bağlı təsdiq sənədini gözləyir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Tacikistanda Rusiya-İran danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

"Danışıqlar zamanı fikir mübadiləsi aparıldı. İlk növbədə, bizim "Şimal-Cənub" layihəsinin həyata keçirilmə vəziyyəti, gələcək Rəşt-Astara dəmiryolu xəttinin tikintisi müzakirə olundu. İran tərəfi torpaq sahələrinin satın alındığını təsdiqlədi. Torpaqların satın alınmasının baş tutduğuna dair təsdiq gözləyirik", - deyə Overçuk qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər