Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Foto
İdman 36

Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib.

BAKU.WS AFFA-ya istinadən xəbər verir ki, bu, oktyabrın 22-də start götürəcək yarış çərçivəsində Bakıya gələn ilk kollektivdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanan komandanın gəlişi ilə turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.

Oktyabrın 22-dən 30-dək davam edəcək beynəlxalq turnirdə 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Futbolçuları bir araya gətirəcək yarışın təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər