"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub
"Neftçi"nin məşqçilər korpusuna yeni təyinat olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək "Neftçi"də çalışıb. Həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.
O, məşqçi kimi "Neftçi"dən başqa Rumıniyanın "Poli Timişoara" (2012-2016), "Universitatya Krayova" (2021-2022, 2023), Səudiyyə Ərəbistanının "Əl Vehda" (2018), "Əl Əhli" (2021), "Əl Tai" (2023-2024), BƏƏ-nin "Əl Vəsl" (2019-2021), Tunisin "Esperans" (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.
Oxşar xəbərlər
Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!
Artıq xizək sürmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac yoxdur. Paytaxtın tam mərkəzində fəaliyyətə başlayan "Ski Center Baku" bu unikal həzzi bir addım...