Nazirlikdən kompüter istifadəçilərinə xəbərdarlıq - YENİ VİRUS GƏLİR
25
okt
2017
19:13
Müxtəlif ölkələrdə 200-dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran “Bad rabbit” adlandırılan ransomware virusu aşkar olunub.BAKU.WS-in Mincom.gov.az-a istinadən xəbərinə görə, virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir.Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan bu virus “Petya” virusunun bir başqa formasıdır. Hücumçu kompüter sistemlərini kilidləyir və açılması üçün qurbandan 0.05 bitcoin (285$) tələb edir. Virus bəzi rus xəbər media saytlarına daxil olan istifadəçilərə saxta “Adobe Flash Player”də yenilik barəsində pop-up reklam mesajı kimi təqdim olunaraq yayılır. Bununla yanaşı, istifadəçilər bu və ya digər təhlükəli veb-saytlara daxil olduğu zaman zərərli fayllardan ibarət olan saytlara yönləndirilir. Qeyd edək ki, tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifrə olunma yolları hələ də araşdırılmaqdadır.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud təhlükədən mühafizə olunmaq üçün aşağıdakı təhlükəsizlik tədbirlərini istifadəçilərin diqqətinə çatdırır:- Ziyanvericinin şəbəkənizdə yayılmasının qarşını almaq üçün WMI xidmətini (Windows Management Instrumentation Command-line) deaktiv edin;- Kompüterdəki faylların (mətn, şəkil, video, audio) ehtiyat nüsxəsini başqa bir qurğuya köçürün (backup);- Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal yenilənmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparın;- E-poçt vasitəsi ilə göndərilən naməlum fayllara, tanış olmayan hər hansı digər mənbəyə keçidə daxil olmayın;- Qeyri-rəsmi mənbələrdən tətbiqetmələr yükləyib quraşdırmayın;- Sisteminizi ehtiyac olmadığı təqdirdə “admin” olaraq idarə etməyin;- Aktiv və antivirus bazası aktual olan antivirusdan istifadə etdiyinizdən əmin olun;- Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə edin.BAKU.WS
Oxşar xəbərlər
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə təhlükəli virus qeydə alınıb
Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda "Denqe” virusu qeydə alınıb. BAKU.WS APA-ya istinadən Gürcüstan b...