İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?
Yeniliklərdən dərhal xəbərdar olun
Siyasi şərhçi Oqtay Qasımov İranın Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışdığını bildirib.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, onun sözlərinə görə, bu cür fəaliyyətlər ölkənin milli təhlükəsizliyi və dövlət suverenliyi baxımından diqqətlə araşdırılmalıdır.
Şərhçi qeyd edib ki, illər ərzində bəzi təhsil müəssisələrində milli dəyərlərə, dövlət rəmzlərinə və bayrağa münasibətlə bağlı narahatedici hallar müşahidə olunub.
Oqtay Qasımovun fikrincə, İranın bölgədə proksi qüvvələr və təsir qrupları yaratmaq siyasəti Azərbaycanın da təhlükəsizliyi üçün risklər yarada bilər.
"Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi üçün ciddi bir təhlükə var. Biz cəmiyyət olaraq bu gerçəklərin gözünə dik baxmalıyıq və bundan çıxış yolları axtarmalıyıq", - deyə siyasi şərhçi vurğulayıb.
O.Qasımov hesab edir ki, bu cür risklərin qarşısının alınması üçün təhsil və maarifləndirmə gücləndirilməli, müvafiq qurumlar fəaliyyətlərini əlaqələndirməlidir.
O, dövlətə qarşı qanunazid fəaliyyətlərin isə hüquqi müstəvidə araşdırılmasının vacibliyini qeyd edib. Şərhçinin sözlərinə görə, dini təhsil müəssisələrində Azərbaycan dövlətinə bağlı, milli dəyərlərə hörmət edən və xarici təsirlərdən asılı olmayan din xadimlərinin yetişdirilməsi də mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Həmin ərazilərdə soydaşlarımızın izlərini silmək istəsələr də, oradakı qədim məs...