Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

Azərbaycanda Petya virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB
Hadisə 1869
 

Azərbaycan dövlət strukturlarından "Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb.

BAKU.WS xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış "WannaCry” virusu kimi yayılır:

"Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus, həmçinin elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb”.

Qeyd edək ki, "Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.

Murad Səmədov

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən XƏBƏRDARLIQ: qlobal virus epidemiyası yayılıb

Nazirlikdən XƏBƏRDARLIQ: qlobal virus epidemiyası yayılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin diqqətinə çatdırır ki, mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb....

3829 İqtisadiyyat 16:10 13 may 2017

Son xəbərlər