Diqqət! “Facebook”da yeni virus yayılıb (VİDEO)
Son günlər "Facebook”da yayılmış "Profilimə ən son baxanlar” virusu istifadəçiləri bezdirib.
BAKU.WS məlumat verir ki, başlığa aldanıb keçidə daxil olmağa çalışanlar virusu dostluğundakılara yayırlar. Beləcə, virus şəbəkə halında minlərlə insana çatır.
İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkələrdə belə virusların qəsdən yayıldığını və bəzi şəxlsərin bu işdə marağının olduğunu bildirib.
Mütəxəssislər "Facebook”un belə xidmətinin olmadığını və virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamağı məsləhət görürlər. Profili virusa yoluxan istifadəçilər isə bəzi qaydalara əməl etməlidirlər.
Mütəxəssislər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bənzər hallarla bağlı vətəndaşları xəbərdar edilməli olduğunu xatırladıblar.
BAKU.WS "Xəzər Xəbər”ə istinadən videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Dünyada yeni dəhşətli və tez yayılan virus
Dünyada yeni virus sürətlə yayılmağa başlayıb. BAKU.WS-in məlumatına görə, Braziliyada yaranan Zika virusu minlərlə insanı əsirinə çevirən və 21-dən çox ölkəd...