30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi

30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi
Dünya 71

29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlar, kiberhücumlar və digər hibrid əməliyyatlar həyata keçirməkdə ittiham ediblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı xarici işlər nazirləri birgə bəyanat yayıblar.

Bəyanatı Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ nümayəndələri imzalayıblar.

Nazirlər rəsmi Londonun sentyabrın 27-də Ferford aviabazasında baş vermiş insidentdə İranın əli olduğuna dair qənaətini qəbul etdiklərini bildiriblər.

"İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti göstərən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaqlar. İran birliyimizə və suverenliyi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlılığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, günahkarları məsuliyyətə cəlb etmək əzmimizə şübhə etməməlidir", - deyə nazirlər vurğulayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər