Facebook-da yeni virus yayılır

Facebook-da yeni virus yayılır
Şou-biznes 1149

 

Facebook sosial şəbəkəsində yeni virus yayılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə məşhur İT mütəxəssis Bart Bleyz öz bloqunda yazıb.

Virus SVG formatında olan şəkil formasında yayılmaqdadır. Şəkilə klik edərkən başqa linklərə keçid baş verir. Keçid baş verdikdə, hakerlər "Ubo" və "One" tətbiqlərini yükləməyə vadar edir. Tətbiq vasitəsilə video izləmək mümkündür. Həmin videolar isə virusa yoluxub.

Hakerlər istifadəçinin cihazına çıxış əldə etdikdən sonra virus onun dostlarına göndərilir.

Bununla yanaşı, virus hesabına istifadəçinin şəxsi məlumatları şifrələnərək ələ keçirilir.

Nəticədə hakerlər itirilmiş məlumatların deşifrə olunması üçün ödəniş tələb edir.

BAKU.WS

Oxşar xəbərlər

Facebook-dan telefonlara təhlükə: hər dəfə 59 qəpik silinir (VİDEO)

Facebook-dan telefonlara təhlükə: hər dəfə 59 qəpik silinir (VİDEO)

Azərbaycanda mobil telefonlara Facebook üzərindən virus yayılması halları aşkarlanıb. BAKU.WS bildirir ki, bu barədə report-a yerli mobil operator istifadəçilə...

1192 Sosial 16:19 28 iyun 2016

Son xəbərlər