Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə təhlükəli virus qeydə alınıb

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə təhlükəli virus qeydə alınıb
Sosial 1440
 

Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda "Denqe” virusu qeydə alınıb.

BAKU.WS APA-ya istinadən Gürcüstan bürosu "www.newsgeorgia.ge” saytına istinadla xəbər verir ki, təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və  o, demək olar ki, sağalıb.

Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Qeyd edək ki, "Denqe” virusu ağcaqanad vasitəsi ilə yayılır, bu virus tropik ərazilərdə geniş yayılıb. Gürcüstanda "Denqe” virusu ilk dəfə 2013-cü ildə və daha sonra 2016-cı ildə qeydə alınıb. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

Azərbaycan dövlət strukturlarından "Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb. BAKU.WS xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Xüsusi Dövlət Mühaf...

1869 Hadisə 14:35 29 iyun 2017

Son xəbərlər