Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
12
okt
2026
22:01
Sabah Bakının Nizami rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Bəzi ərazilərdə su olmayacaq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərazilərdə suyun verilişi dayandırılacaq. BAKU.WS xəbər verir ki,...