Nazirlik təqvimdə dəyişiklik etdi - Seçkilərə görə

Nazirlik təqvimdə dəyişiklik etdi - Seçkilərə görə
Sosial 5269
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə dəyişikliklər edib.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, prezidentin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 07 fevral 2018-ci il tarixli 3 nömrəli qərarı ilə “2018-ci il üçün iş vaxtının norması”nda və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilib. Bu barədə Nazirlyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.E.Babayev bildirib ki, qərara əsasən, “2018-ci il üçün iş vaxtının norması”nda dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına və “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır”. Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin “2018-ci ilin istehsalat təqvimi”ndə aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “168” rəqəmi “159” rəqəmi ilə, “175” rəqəmi “184” rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq “469” rəqəmi “460” rəqəmi ilə, “502” rəqəmi isə “511” rəqəmi ilə əvəz edilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki “İstehsalat təqvimi” bölməsində də yerləşdirilib”.BAKU.WS

Oxşar xəbərlər

Aprelin 9-u və 10-u qısa iş günü olacaq, ayın 11-i qeyri-iş günüdür

Aprelin 9-u və 10-u qısa iş günü olacaq, ayın 11-i qeyri-iş günüdür

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin iste...

4777 Sosial 10:35 06 fevral 2018

Son xəbərlər