YAP fevralın 8-də qurultay keçirir
05
fev
2018
19:35
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub.BAKU.WS-in məlumatına görə, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-nə təyin olunub.Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdiriləcək.Bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənov prezident seçkilərinin niyə apreldə keçirildiyindən danışdı
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqın...