Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək
05
fev
2018
12:18
Azərbaycanda Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək.BAKU.WS “Report”-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayaraq seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür
Azərbaycanda bu ilin aprel ayının 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq.“Report”un məlumatına görə, həmin...