Bu gün Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
BAKU.WS "Report”-a istinadən xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılacaq.
Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.
Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
BAKU.WS
Oxşar xəbərlər
Prezident fəxri ad verdi
Konstitusiya Məhkəməsinin hakimi mükafatlandırılıb. BAKU.WS məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Mahir Muradova "Əməkdar hüquqşünas” fəxri adın...