Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə yaxın günlərdə baxacaq
Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin imzası ilə daxil olan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə yaxın günlərdə baxacaq.
BAKU.WS "Report” xəbər verir ki, qanunvericiliyə əsasən, Prezidentin təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasına onun dərc olunduğu gündən, yəni iyulun 18-dən ən geci 7 gün keçənədək başlanmalıdır. Azərbaycan Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif ilə bağlı Konstitusiya Məhkəməsindən rəy almalıdır.
Məhkəmə Prezidentin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair rəy verməkdən imtina edə bilməz. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.
Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-də endirilməsi nəzərdə tutulur.
BAKU.WS
Oxşar xəbərlər
Konstitusiyaya dəyişiklik ediləcək: Referendum Aktı Konstitusiya Məhkəməsinə göndərildi
İyulun 18-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının...