Nazir: "Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin maaşı artırılacaq"
"Sertifikatlaşdırma prosesinin nəticələrinə əsasən, ümumilikdə 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ödənişlərin edilməsi nəzərdə tutulur".
BAKU.WS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu günədək sertifikatlaşdırma prosesinə 104 min təhsil işçisi cəlb olunub. Onlardan 73 min nəfərin əməkhaqqına əlavə ödənişlər edilib.
Emin Əmrullayev bildirib ki, daha 17,5 min təhsil işçisinin də əməkhaqqına əlavə ödənişlərin tətbiqi proqnozlaşdırılır.
Nazir qeyd edib ki, 2026-cı il iyunun 17-dən 25-dək keçirilən sertifikatlaşdırma prosesində ilk dəfə təxminən 20 min müəllim iştirak edib.
Zöhrə Pənah
Oxşar xəbərlər
Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat A...