Naxçıvanda qaydalar SƏRTLƏŞDİRİLƏCƏK - Beş iclasda iştirak etməyən deputatın mandatına XİTAM VERİLƏCƏK
Naxçıvan Ali Məclis deputatlarının iclaslarda iştirak qaydaları sərtləşdirilib.
BAKU.WS xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Edilən dəyişikliklə Naxçıvan MR-in Ali Məclisinin beş iclasında üzrsüz səbəbdən iştirak etməyən deputatların mandatına xitam veriləcək.
Əvvəlki qaydalara əsasən isə bu say 10 iclas olaraq təyin edilmişdi.
Belə ki, sədr Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində 10 iclasında üzrsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edirdisə, artıq bu say beş iclas olaraq dəyişdirilib. Sonrakı mərhələdə isə İntizam komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır.
Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra, İntizam komissiyasının üzvlərinə suallar verə və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul edilir.
Oxşar xəbərlər
"İvanovka"da kərə yağı SAXTALAŞDIRILIB
Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, mənzil 6 ünvanında yerləşən, fiziki şəxs Vahid Cəmil oğlu İsmayılova məxsus "İvanovka" ticarət obyektin...