Naxçıvanda işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Naxçıvan şəhərində saat 18:00-dan 19:00-a dək 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində təmir işləri aparılacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar Nəsirəddin Tusi küçəsində, Saat Meydanı Turistik İstirahət Mərkəzi, "Grand" Hotel, Maliyyə Nazirliyi, Naxçıvan Şəhər Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Oxşar xəbərlər
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) 15.11.2026-cı il tarixində saat 15:20 radələrində Qazax R...