Musiqi məktəbində təhsil almaq istəyənlərə VACİB XƏBƏR
01
sen
2025
10:38
"Musiqi məktəblərinə qəbulla bağlı nəticələr yaxın günlərdə açıqlanacaq".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il ilk dəfə olaraq musiqi məktəblərinə qəbul prosesi Naxçıvanla birgə tam elektron qaydada həyata keçirilib.
"Hazırda müraciətlər və seçim göstəriciləri üzərində yekun təhlillər aparılır. Nəticələr yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, tədris ili hələ başlanmadığından bu proses təhsil fəaliyyətinə təsir etmir", - deyə nazirliyin məlumatında vurğulanıb.
Oxşar xəbərlər
Bu ərazidə qarın hündürlüyü 80 santimetrə yüksəldi
Hadrut ərazisində müşahidə olunan intensiv qar yağışı nəticəsində qar örtüyünün hündürlüyü 80 santimetrə yüksəlib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir k...