Müsavat Partiyasının başqanı Arif Hacılı ürəyindən əməliyyat olundu

Müsavat Partiyasının başqanı Arif Hacılı ürəyindən əməliyyat olundu
Sosial 675
Müsavat Partiyasının başqanı Arif Hacılı ürək-damar sistemində problemlərə görə Türkiyədə müalicə alır. BAKU.WS xəbər verir ki, məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb.Arif Hacılının səhhətinin normal olduğu, yaxın günlərdə Bakıya dönəcəyi vurğulanır.Xatırladaq ki, 1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gənclik illərində Zaqatala radiosunda çalışıb.1988-ci ildə başlayan xalq azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014-cü ilin sentyabrında Müsavat Partiyasının başqanı seçilib.BAKU.WS

Oxşar xəbərlər

"Yeni Müsavat” qəzetinin 29 yaşı tamam oldu

"Yeni Müsavat” qəzetinin 29 yaşı tamam oldu

Çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan "Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 29 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Mi...

756 Sosial 17:13 10 noyabr 2018

Son xəbərlər