Azərbaycanın sabiq naziri dünyasını dəyişdi - FOTO
Onun sözlərinə görə, S.Abdullayev 21 oktyabr tarixində uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.
S.Abdullayev Mənzil-Kommunal Təsərrüfatı naziri postunu 1992-1995-ci illərdə tutub. Bu nazirlik komitəyə çevrildikdən sonra isə - 1995-1999-cu ilərdə Mənzil-Kommunal Təssərrufatı Komitəsinin sədri vəzifəsində çalışıb.
Milli Azadlıq Hərəkatının fəallarından biri olub.
Xatırladaq ki, S. Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, Milli Azadlıq Hərəkatında xüsusi yeri olan, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin təşkilat komitəsinə rəhbərlik etmiş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıdır.
BAKU.WSOxşar xəbərlər
Türk dünyasının Novruz Əmisi öldü
Bu gün müstəqil Azərbaycanın ilk polis rəislərindən, milli azadlıq hərəkatının iştirakçısı Novruz Həsənov vəfat edib. BAKU.WS xəbər verir ki, onun ölümü barədə...