Müəllim olmaq istəyənlər üçün XƏBƏR VAR
İyulda Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət növbəti elektron sınaq imtahanı keçirəcək.
BAKU.WS məlumat verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunacaq. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.
Qeyd edək ki, bu imtahanlar cari ilin aprelindən keçirilir və ölkənin bütün bölgələrindən müəllim olmaq istəyənlər sınaq imtahanlarında iştirak edir. Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.
BAKU.WS
Oxşar xəbərlər
Sınaq imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. Mərkəzdən verilən məlumata görə, hər bir abituriyent DİM-in inter...