Müəllimlərə ŞAD XƏBƏR - Yeni iş yerləri... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müddətli müqavilə ilə vakansiya seçimlərində iştirak edən müəllimlər işğaldan azad olunmuş rayonlarda işləmək imkanı qaza bilərlər.
BAKU.WS xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Füzuli və Şuşa şəhərlərində təhsil müəssisələrinin bərpası nəticəsində mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
Təhsil İnstitutu insan resusları mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Xəzər Xəbər"ə bildirib ki hazırda müxtəlif fənlər üzrə vakansiyalar mövcuddur.
Mərkəzin direktoru qeyd edib ki sistemə yeni vakant yerlər də daxil edilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Oxşar xəbərlər
Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimlərinə start verilir
21-23 avqust tarixlərində 2023-2024-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müs...