MTRŞ sədri ATV-nin rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirdi

MTRŞ sədri ATV-nin rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirdi
Sosial 2468
“ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”.BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib: “Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:“Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər