Nuşirəvan Məhərrəmli: “Rusiyanın “NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”
"Rusiyanın "NTV+” televiziyası Azərbaycanda qanunsuz yayımlanır”.
BAKU.WS-in "Report”a istinadən xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, bununla bağlı məhkəmələrə və digər aidiyyatı orqanlara müraciət olunub: "Buna baxmayaraq, həmin kanal müxtəlif yollarla öz qanunsuz fəaliyyətini həyata keçirir”.
MTRŞ sədri qeyd edib ki, bəzi kabel şəbəkəsi yayımçıları da qanunsuz fəaliyyət göstərirlər: "Çox mərtəbəli binaların əksəriyyətində kabel yayımı ilə məşğul olurlar. Bizim də imkanımız yoxdur ki, onları bir-bir yoxlayaq. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Baş Prokurorluğa və digər dövlət qurumlarına müraciət olunub”.
BAKU.WS
Oxşar xəbərlər
“Kabel şəbəkəsi yayımı haqqında” qanun dəyişir
Azərbaycanda kabel şəbəkəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi...