MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı açıqlama
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin "FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.
BAKU.WS-in məlumatına görə, bunu AzVision.az-a MTRŞ-nin sədr müavini Qafar Cəbiyev deyib.
O qeyd edib ki, Şuranın "FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur.
MTRŞ rəsmisinin sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili işidir.
"Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamamaq üçün heç kim müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial sifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”. Qeyd edək ki, kabel şəbəkələri MTRŞ-nin göstərişinə əsasən, "FOX Türk” kanalının yayımının analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat yayıblar. Məlumatda qeyd edilib ki, "FOX Türk” kanalı digər bir TV kanal ilə əvəz olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabahdan Bakı və Abşeronda analoq yayım dayandırılır
Sabahdan - noyabrın 1-dən Bakı və Abşeron yarımadasında televiziya kanallarının analoq yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texnik...