Monqolustan Azərbaycanla birbaşa aviareyslərin tezliklə işə salınacağını gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Monqolustan Azərbaycanla birbaşa hava əlaqəsinin tezliklə işə salınacağını gözləyir.
BAKU.WS xəbər verir ki, bu barədə report Monqolustan mediasına istinadən məlumat yayıb.
Ölkələr arasında birbaşa hava əlaqəsi Azərbaycanın altı şəhərindən Monqolustanın üç şəhərinə reyslərin həyata keçirilməsini nəzərdə tuta bilər.
Söhbət Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ və Zaqatala, eləcə də Ulan-Bator, Xovd və Çoybalsandan gedir.
Qeyd edilib ki, reyslərin icrasına artıq yaxın vaxtlarda başlanıla bilər. Monqolustan aviaşirkətləri də Azərbaycanın altı şəhərinə reyslər həyata keçirmək hüququ əldə edəcəklər.
Tərəflər həmçinin bir və ya bir neçə aviaşirkət təyin etmək və kod-şerinq formasında əməkdaşlığa icazə vermək barədə razılığa gəliblər.
Xatırladaq ki, bu gün Azərbaycan Milli Məclisinin müvafiq komitəsi Monqolustanla hava əlaqəsi haqqında sazişi müzakirə edib. Sənəd iki ölkə arasında sərnişin və yük daşımalarının, eləcə də baqaj və poçtun daşınmasının həyata keçirilməsi üçün hüquqi əsas yaradacaq.
Oxşar xəbərlər
Damarlar üçün ən zərərli qida kombinasiyası açıqlanıb
Sadə karbohidratlarla rafinə edilmiş bitki yağlarının birlikdə qəbulu damar sağlamlığına ciddi zərər verə bilər. BAKU.WS xəbər verir ki, bu barədə həkim, "Healt...