Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?

Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?
Sosial 325

Azərbaycan Prezidenti İlham Əliyev bu gün çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı vacib mesajları təqdim etdi. O cümlədən, son illər minimum əməkhaqqı və minimum pensiyadakı artımlar və bu kontekstdən növbəti ildən etibarən minimum pensiya və minimum əməkhaqqında artımların olacağını bildirdi.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.

"Gözlənilir ki, noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən minimum əməkhaqqı və eləcə də, minimum pensiyanın artırılması ilə bağlı təkliflər təqdim olunacaq.

Büdcə paketi çərçivəsində həmin təkliflərin müzakirə olunması və növbəti ildən etibarən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağı gözlənir. Biz bu istiqamətləri təkliflərdə təqdim etmişik, minimum pensiya, minimum əməkhaqqı sonucu dəfə 2023-cü ilin yanvar ayında artırılıb.

Ona görə biz təklif edirik ki, keçən iki il ərzində həm ölkə üzrə nominal orta aylıq əməkhaqqı, eləcə də, inflyasiya səviyyəsi - hər iki indikator nəzərə alınmaqla minimum əməkhaqqı və minimum pensiyada artım həyata keçirilsin. Biz minimum əməkhaqqı və minimum pensiyada ikirəqəmli artımın olmasını təklif edirik. Təbii ki, müzakirələrin əsasında konkret rəqəm bəlli olacaq.

İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək və bu, əmək pensiyası alan və minimum əməkhaqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək", - deyə o bildirib.

Son xəbərlər