Mingəçevirdə küçəni kanalizasiya suları basıb
Mingəçevir şəhərində kanalizasiya sularının daşması nəticəsində Heydər Əliyev prospektində ciddi problemlər yaranıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, bu hadisə 500 ailəlik məcburi köçkünlərin yaşadığı prospektdə baş verib və həmin ərazini kanalizasiya suları basıb.
Problemin oktyabrın 11-dən bu yana davam etdiyi bildirilir.
Sakinlər məsələ ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb.
Bu vəziyyət, ərazidə gigiyenik vəziyyətin pisləşməsinə və bir sıra sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
Sakinlər aidiyyatı orqanlardan tez bir zamanda bu problemin həllini və kanalizasiya sisteminin təmir olunmasını gözləyirlər.
Oxşar xəbərlər
Dağlıq ərazidə yaşayanlara nazirlikdən XƏBƏRDARLIQ
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda ölkəd...