Milli Məclisin işçiləri evlə təmin ediləcək - Təklif
15
noy
2018
12:29
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin edilməsi üçün vəsait ayrılması təklif edilib.“Report” xəbər verir ki, bu təkliflə “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.“Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxlarının mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”, - deputat əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
Millət vəkilindən unikal TƏKLİF: Nazirlərin mülkləri satılsın...
"Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Onların içərisində elələri var ki, evini, maşınını...