İmişlidə həyat ASANlaşacaq - SƏRƏNCAM
06
mar
2018
20:36
Prezident İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.Sərəncamda qeyd olunub ki, ölkədə vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədilə bugünədək 12 “ASAN xidmət”, 2 “ASAN Kommunal” və 3 “ABAD” mərkəzinin fəaliyyəti təşkil edilib. Vahid standartlar çərçivəsində idarə olunan mərkəzlərin fəaliyyəti ilə əlaqədar 3 minədək vətəndaşın məşğulluğu təmin edilib, 13 mindən çox gənc mərkəzlərdə könüllü fəaliyyətinə cəlb edilib.“ASAN Həyat” kompleksləri tərkibində yeni iş yerləri yaradılıb, “ABAD” mərkəzləri özünüməşğulluq proqramlarının icrasına öz töhfəsini verib. Ümumilikdə, “ASAN” mərkəzləri vasitəsilə 19 milyondan çox vətəndaş müraciəti cavablandırılıb, xidmətlərin göstərilməsində vətəndaş məmnunluğu daima yüksək səviyyədə saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Yeni xəstəxananın tikintisi üçün Səhiyyə Nazirliyinə 6 milyon manat ayrılıb
Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Naftalan Şəh...