MİDA üçün Saray qəsəbəsində 31 milyon manat dəyərində binalar tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC Abşeron rayonu, Saray qəsəbəsində 6 bina tikəcək.
BAKU.WS xəbər verir ki, MİDA-nın bununla bağlı keçirdiyi tenderin qalibi "GM Construction" MMC olub.
Şirkətlə bağlanan müqavilənin məbləği 31 milyon 255 min 488 manat 1 qəpik təşkil edir.
Müsabiqənin şərtlərinə görə, "GM Construction" MMC Saray qəsəbəsində 4.5 hektar torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli birmərtəbəli qeyri-yaşayış binası tikəcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...