Meymunçiçəyi təhlükəsi ilə bağlı baş infeksionistdən XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda bu günədək meymunçiçəyinə yoluxma qeydə alınmayıb".
BAKU.WS xəbər verir ki, bu sözləri Lent.az-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov meymunçiçəyi virusu ilə bağlı danışarkən deyib.
İnfeksionist meymunçiçəyinin ölkəyə gəlməsini istisna etmir:
"Meymunçiçəyi infeksiyası yayılmaqda davam edir. Avqustun 29-na olan məlumata görə, dünyanın 90 ölkəsində 48470 hadisə qeydə alınıb. Azərbaycanda bu günədək belə hal təsdiqlənməyib.
Lakin infeksiyanın ölkəmizə gətiriləcəyi istisna deyil. Buna görə müvafiq qurumlar bütün hazırlıq işlərini görməkdədir. Diaqnostik test sistemləri mövcuddur, tibb işçiləri müxtəlif treninqlərdən keçirilir, infeksiyanın idarə olunması üzrə metodiki sənədlər hazırlanıb, əhali mütəmadi olaraq maarifləndirilir".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...