Metodikası dünyada tədris olunan alimdən AÇIQLAMA
Tibb elmləri doktoru Vaqif Qələndər Baku TV-yə açıqlamasında bildirib ki, onun dünya elminə, xüsusilə rekonstruktiv cərrahiyyə sahəsinə gətirdiyi yenilik yüksək indeksli elmi jurnallarda innovativ metodika kimi yayımlanıb.
O vurğulayıb ki, Avropa Elmlər Akademiyası və Türk Dünyası Araşdırmaları Elmlər Akademiyasının Rəyasət Heyətləri tərəfindən bu nailiyyətinə görə Nobel mükafatına təqdim olunub.
"Hazırladığım metodika qadınlarda sinə cərrahiyyəsi sahəsində - yanıq və ya digər xəstəliklər səbəbindən sinənin götürülməsindən sonra bərpa əməliyyatlarında tətbiq edilir. Əvvəllər bu əməliyyatlar kürəkdən, qarından toxuma götürülməsi və ya süni implantlardan istifadə yolu ilə aparılırdı. Mənim təqdim etdiyim yeni metodika isə böyük və orta ölçülü sinələrdə tək seansda əməliyyat aparmağa, qadının sağlam şəkildə və kompleks hiss etmədən həyata qayıtmasına imkan yaradır. Bu yanaşma rekonstruktiv cərrahiyyədə uzun illər mövcud olan qlobal problemi aradan qaldırıb", - deyə alim qeyd edib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bu halda skuter sürmək OLMAZ - XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi skuter istifadəçilərinə müraciət edib. İdarədən BAKU.WS-ə verilən xəbərə görə, müraciətdə deyilir: "Xüsusilə paytaxtımızda...