Metobolizmə səbəb olan faktorlar

Metobolizmə səbəb olan faktorlar
Sosial 106

Bir çox insan çox yemədiyi halda kökəldiyini deyir. "Az yeyirəm, amma yenə də çəki alıram" ifadəsi, əksər hallarda maddələr mübadiləsi ilə əlaqələndirilir. Bəs bu iddia nə dərəcədə doğrudur?

BAKU.WS xəbər verir ki, Harvard Tibb Məktəbi qeyd edir ki, maddələr mübadiləsi (metabolizm) insan bədənində enerjinin necə işlənməsi prosesidir. Çoxlarının düşündüyünün əksinə olaraq, yavaş metabolizması olan insanlar nadir hallarda yalnız buna görə kökəlirlər. Harvard Health-ə görə, insanların əksəriyyəti maddələr mübadiləsini olduğundan "daha yavaş" hesab edir və bu, çəki artımının əsas səbəbi kimi təqdim olunur.

Mayo Clinic bildirir ki, bədən çəkisi yalnız metabolik sürətlə müəyyən olunmur. Burada genetik faktorlar, fiziki aktivlik səviyyəsi, hormon balansı və yuxu keyfiyyəti də əsas rol oynayır. Məsələn, qalxanabənzər vəzin fəaliyyəti zəif olan (hipotireoz) şəxslər daha az kalori yandırdığı üçün az qidalanma ilə belə çəki ala bilirlər.

National Institutes of Health (NIH) tərəfindən aparılan araşdırmalara görə, bir çox insan gündəlik qida qəbulunu şüursuz şəkildə az hesab edir. Yəni rəsmi statistikaya görə, insanlar qəbul etdikləri kalorinin təxminən 20-30%-ni qeyd etmir və ya unuturlar. Bunun nəticəsində çəki artımı "səbəbsiz" kimi görünə bilər.

Oturaq həyat və stress də çəkiyə təsir edir

WHO-nun açıqlamasına əsasən, müasir insanın gündəlik fəaliyyəti son 50 ildə ciddi şəkildə azalıb. Hətta az miqdarda qəbul edilən kalorilər belə oturaq həyat tərzi fonunda yandırılmadığı üçün yağ şəklində yığılır.
Bundan əlavə, xroniki stress zamanı orqanizmdə artan kortizol hormonu da çəki artımına gətirib çıxara bilər.

Mütəxəssislər nə tövsiyə edir?
Həkimlər bildirirlər ki:

  • Maddələr mübadiləsinin sürətini artırmaq üçün müntəzəm fiziki aktivlik,

  • Yüksək keyfiyyətli yuxu,

  • Zülal və liflə zəngin qida rasionu,

  • Həkim nəzarəti ilə hormonal analizlər vacibdir.

Az yeyib kökəlmək bəzən gerçək sağlamlıq problemi, bəzən isə qavrama səhvi ola bilər. Həqiqi səbəbləri müəyyən etmək üçün həkimə müraciət və tibbi yoxlama əsas şərtdir.

Son xəbərlər