Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəmədə Azərbaycan xalqından üzr istəyiblər
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı məhkəmədə Azərbaycan xalqından üzr istəyiblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain, Alghabr Mahdi Mohammada hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Alqhabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı vəzifəsində işləyir.
Sonra onların Azərbaycan xalqına etdiyi müraciət məhkəmədə elan olunub.
Hər 3 şəxs müraciətində bildirib ki, onlar Şəhdilər xiyabanının hara olduğunu bilməyiblər:
"Azərbaycan bizim üçün dost və doğma ölkədir. Həmin yerin Azərbaycan xalqı üçün müqəddəs olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik"
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da, saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri etik hərəkətlər ediblər.
Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Oxşar xəbərlər
Goranboyda 12 yaşlı uşaq öldü
Goranboy rayonunda 12 yaşlı uşaq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, T.Cəfərzadə yaşadığı evdə vəfat edib. Onun hansı səbəbdən öldüyü dəqiq məlu...