MİDA Şirvan Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan Yaşayış Kompleksi üzrə 216 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr 11:00-da başa çatacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat katibi Diana Dadaşova bildirib.
Onun sözlərinə görə, ənzillər həm ipoteka krediti, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə təklif olunur.
D.Dadaşova qeyd edib ki, satışa çıxarılan mənzillərdə işıq, qaz, su və digər zəruri kommunal təminatlar tam mövcuddur və yaşayış üçün hazır vəziyyətə gətirilib.
Onun sözlərinə görə, Şirvan Yaşayış Kompleksi üzrə mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:
2 otaqlı mənzil – 54 815 manat
3 otaqlı mənzil – 69 160 manat
4 otaqlı mənzil – 93 765 manat
D. Dadaşova əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında həyata keçiriləcək.
Şirvan Yaşayış Kompleksində ümumilikdə 1 264 mənzil mövcuddur.
Qalereya
Oxşar xəbərlər
Dəniz mənzərəli ev alanların NƏZƏRİNƏ! Problemlə üzləşməmək üçün...
Dəniz mənzərəsini bir müddət sonra əvəz edən divar görüntüsü... BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dəniz mənzərəli binada mənzillər, digər binalarla...